Vyetnamın məşhur turizm şəhərlərindən biri olan Nha Trangda beşulduzlu oteldə əcnəbi kişi həyatını itirib.
Denmedia.az xarici mətbuata istinadən xəbər verir ki, noyabrın 25-də baş verən hadisənin intihar ola biləcəyi ehtimal edilir.
Hadisə otelin restoranında müştərilərin yemək yediyi zaman baş verib. Restoran əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə üz tutublar. Baş verənlər təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məlumata görə, əcnəbi kişi hadisə yerində həyatını itirib. Hadisədən sonra bəzi müştərilər masalarını tərk ediblər.
Vyetnamın aidiyyəti qurumları hadisənin başvermə şəraitini müəyyənləşdirmək üçün araşdırmaya başlayıblar. Ölən şəxsin kimliyi və hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.

