ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından hansı namizədi dəstəkləyəcəyini mümkün qədər uzun müddət gizli saxlamaq niyyətindədir.
Denmedia.az “New York Post” nəşrinə istinadən xəbər verir ki, mənbənin sözlərinə görə, Respublikaçılar Partiyasında ölkənin ən yüksək vəzifəsinə iddia edə biləcək bir neçə şəxs var.
Nəşr yazır ki, Tramp öz komandası daxilində rəqabəti təşviq etməyi xoşlayır və hansı namizədi dəstəkləyəcəyini son ana qədər açıqlamaya bilər. Bununla da o, respublikaçılar üzərində nəzarətini qorumağı və siyasi nüfuzunu vaxtından əvvəl itirməməyi hədəfləyir. Siyasətdə belə nüfuz itkisi “axsaq ördək” statusu adlandırılır.
Nəşr xatırladıb ki, Tramp son bir il ərzində vitse-prezident Cey Di Vensin və ya dövlət katibi Marko Rubionun onun varisi ola biləcəyini istisna etməyib. Pentaqon rəhbəri Pit Heqsetin prezidentlik yarışına qatılması ehtimalı barədə suala isə Tramp onun öz vəzifəsinin öhdəsindən yaxşı gəldiyini bildirərək cavab verib.

