Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Denmedia.az Lent.az-a istinadən xəbər verir ki, rayon ərazisində yerləşən çay evlərindən birində yaranan mübahisə zamanı 20 yaşlı Sabit Sadiq oğlu Həşimovla Nural Bünyadlı bir-birini bıçaqlayıblar. Ağır xəsarətlər alan Sabit Həşimov həyatını itirib.
Məlumata görə, mübahisə edən şəxsləri ayırmağa çalışan daha bir nəfər də bıçaq xəsarətləri alıb. Həmin şəxs və Nural Bünyadlı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

