ABŞ-nin keçmiş prezidenti Co Baydenin “Mənə söz ver, Amerika” adlı memuarlarının satış göstəriciləri ilk həftədə olduqca aşağı olub.
Denmedia.az “New York Post” nəşrinə istinadən xəbər verir ki, noyabrın 17-də satışa çıxarılan kitabın ilk yeddi gün ərzində cəmi 21 min nüsxəsi satılıb.
Müqayisə üçün qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Barak Obamanın 2020-ci ildə nəşr olunan “Vəd edilmiş torpaq” adlı memuarlarının satış sayı ilk həftədə bir milyon nüsxəyə çatmışdı.
Nəşrin məlumatına görə, Baydenin keçmiş köməkçisi ictimaiyyətin Ağ Evin sabiq rəhbərinə maraq göstərdiyinə şübhə ilə yanaşıb.
Bununla yanaşı, Donald Trampın sələfinin memuarlarının nəşri müqabilində 10 milyon dollar avans aldığı bildirilir.

