Azərbaycanda noyabrın 27-də müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində axtarışda olan 107 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 81 nəfər saxlanılıb.
Bundan başqa, narkotik vasitələrlə bağlı 22, qanunsuz saxlanılan silah və sursatın aşkarlanaraq götürülməsi ilə bağlı isə 6 fakt müəyyən edilib.

