Həddindən artıq yemək Yeni il bayramının ən zərərli vərdişidir.
Denmedia.az xəbər verir ki, bunu geriatr həkim Valeri Novoselov LIFE.ru-ya bildirib. O, ikinci problemin spirtli içkilərin istehlakı olduğunu qeyd edib.
“İnsanlar həddindən artıq yemək yeyirlər. İrəliləyən yaşlarda bu, ürək-damar sisteminin fəaliyyətini xeyli pisləşdirir. Mən həmişə dostlarıma iki həftə ərzində belə yeyib bitirməyin mümkün olmadığı qədər yeməyin süfrəyə düzüldüyü ənənədən uzaq durmağı tövsiyə edirəm. Ötən Yeni ildə ailəmizlə böyük ziyafət təşkil etməyi planlaşdırmamışdıq, lakin qonaqlar gəldi və hər biri bir neçə yemək gətirdi. Nəticədə məlum oldu ki, bütün bunları yeyib bitirmək mümkün deyil. Kütləvi aclıq yaşamış ölkəmizdə isə yeməyi tullamaq günah hesab olunur”, – Novoselov bildirib.

Geriatr yetkin və yaşlı dövrlərdə mütəmadi olaraq profilaktik tibbi müayinədən keçməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, xəstəlik riskini azaltmağa kömək edir və uzunömürlülüyə şərait yaradır.

