Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Ermənistanın Tsaxkadzor şəhərində eşitmə məhdudiyyətli idmançılar arasında keçirilən Avropa çempionatında altı medal qazanıb.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsi məlumat yayıb.
Yarışda ölkəmizi altı idmançı təmsil edib. Böyüklər arasında Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) isə bürünc medal qazanıb.
Ceyhun İsazadə həm gənclər arasında 60 kq, həm də böyüklər arasında 63 kq çəki dərəcəsində bürünc medala sahib olub. İslam Rzayev (130 kq) isə gənclər arasında gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatını üç gümüş və üç bürünc medalla başa vurub.

