İran ərazisindən Azərbaycana qanunsuz keçməyə cəhd göstərən iki Əfqanıstan vətəndaşı saxlanılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, sərhəd pozucuları “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

