İranın Kirman vilayətində 20 yaşlı kişi yenicə ana olmuş 14 yaşlı həyat yoldaşını döyərək öldürüb.
Denmedia.az “Daily Mail”ə istinadən xəbər verir ki, cinayətdə şübhəli bilinən kişi həbs edilib.
İfadəsində törətdiyi cinayəti etiraf edən kişi hadisənin səbəbi kimi “ailədaxili mübahisələri” göstərib. İstintaqın məlumatına görə, o, həyat yoldaşının qohumları ilə əlaqə saxlamasına məhdudiyyət qoyur, özü evdə olmayanda isə onun evdən çıxmasına icazə vermirmiş.
13 yaşında ərə verilən Soqand Moştareki hadisədən cəmi 10 gün əvvəl dünyaya uşaq gətirib. Bundan bir müddət əvvəl yol qəzasına düşən qız hələ sağalma dövründə olub.
Ailəsini ziyarət etmək üçün həyat yoldaşından icazə istəyən yeniyetmə onun hücumuna məruz qalıb. Ağır döyülmə nəticəsində qız həyatını itirib.

