XəzərXəbərin aparıcısı və jurnalisti olan Rüstəm İbadov televiziyadan ayrılıb.
Den.az saytı xəbər verir ki, o, özü bu barədə sosial media hesabında paylaşım edib.
Rüstəm İbadov 13 ildir ki, çalışdığı, bu zaman müddətində evdən çox zaman sərf etdiyi doğma Xəzər Televiziyasından öz istəyimlə ayrıldığını vurğulayıb:
Bundan sonra fəaliyyətimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dost İş Mərkəzində İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri olaraq davam etdirəcəm. Qərarıma hörmətlə yanaşdığına görə Xəzər Televiziyasının Baş Direktoru Murad Dadaşova təşəkkür edirəm. Yeni işimlə bağlı mənə etimad göstərib dəstək olan hər kəsə də minnətdaram.
Televiziyadan getsəm də, jurnalistikadan getmirəm əlbətdə. 9 il aparıcı kimi və 13 il jurnalist fəaliyyətimdə, eləcə də bu müddət ərzində xarici ölkələrdə keçirilən təlim-treninqlərdə qazandığım aparıcı diksiyası, efir davranışının incəlikləri, qərb jurnalistikasında müasir xəbər, peşəkar jurnalist araşdırmasının sirləri sahələrindəki təcrübəmi televiziyaya marağı olanlarla paylaşmağa davam edəcəm...
Bizdə Den.az saytı olaraq həmkarılmıza uğurlar arzulayırıq