14 
iyn
2023
18:04
134

Aktiv koronavirus xəstələrinin sayı 14-ə düşdü - FOTO

14 iyn, 2023
18:04
134

Aktiv koronavirus xəstələrinin sayı 14-ə düşdü - FOTO

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Den.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 5 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 831 884 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 589 nəfər müalicə olunaraq sağalıb, hazırda

14 aktiv xəstə var. Bu günə qədər 10 281 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1200, bu günə qədər isə ümumilikdə 7 634 759 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 41 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 285 olub.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar