may
2024
16:15
67

TƏCİLİ: Yüzlərlə fələstinli bu şəhərdən qaçmağa başladı

6 may, 2024
16:15
67

TƏCİLİ: Yüzlərlə fələstinli bu şəhərdən qaçmağa başladı

Yüzlərlə fələstinli Rafahın şərqindən qaçmağa başlayıb.

Den.az xəbər verir ki,  bu barədə "Ria Novosti" agentliyi məlumat yayıb.

Bildirilir ki, Qəzzadan və Zolağın şimal hissələrindən didərgin düşmüş insanlar da çadırlarını yığmağa başlayıblar.

Buna səbəb İsrail ordusunun Rafah və Xan Yunis şəhərlərinin qərb rayonlarına yönəlmələri barədə xəbərdarlıqların edilməsidir.

Bundan əlavə, bir neçə ay əvvəl Rafahın cənubuna sığınan Qəzza şəhərindən və zolağın şimal hissələrindən olan köçkünlər də başqa yerə köçmək üçün çadırlarını yığmağa başlayıblar.

Günəş Fərəh,
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar