ABŞ-ın Fars körfəzi regionunda yerləşən hərbi qüvvələri İrandan daha uzaqda yerləşən İsrail və İordaniyadakı hərbi bazalara köçürülə bilər.
Denmedia.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, ABŞ hərbçilərinin Bəhreyndəki hərbi bazanı tərk edəcəyi ehtimal olunur. Daha əvvəl burada ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) tabe olan 5-ci əməliyyat donanmasının ön qərargahı yerləşirdi.
Vaxtilə bazada 8 mindən çox hərbçi xidmət edib. Lakin hərbi əməliyyatlar zamanı və sonrakı dövrdə İranın davamlı zərbələri nəticəsində baza demək olar ki, boşalıb.
Bazanın gələcək taleyi hələ müəyyənləşməsə də, amerikalı hərbçilər yaxın məsafədə yerləşən İranın hədəfində qalmaq istəmirlər.
Hazırda İsrail və İordaniyada ABŞ-ın böyük hərbi qüvvələri, o cümlədən Yaxın Şərqdəki döyüş aviasiyasının, hava hücumundan və raket hücumundan müdafiə sistemlərinin əsas hissəsi cəmləşib.

