Kardioloq Tamaz Qaqloşvili bir çox insanın ürək sağlamlığı üçün zərərli hesab etdiyi qəhvənin müdafiəsinə qalxıb.
Denmedia.az xəbər verir ki, həkim bu barədə özünün “Telegram” kanalında paylaşım edib.
Qaqloşvilinin sözlərinə görə, qəhvə həm sağlam insanlara, həm də ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərə zərər vermir. Bununla belə, o, gündəlik kofein qəbulunun 450 milliqramdan çox olmamalı olduğunu vurğulayıb. Mütəxəssis hamilə qadınların istisna təşkil etdiyini də qeyd edib.

“Xeyr, qəhvə içmək zərərli vərdiş deyil. Mən qəhvənin müdafiəçisiyəm. Əksinə, bu, faydalıdır. Həyatda bəzən hər şey düşündüyümüzün tam əksi olur. Qəhvəni sevirsinizsə, için, sevmirsinizsə, içməyin”, – deyə kardioloq bildirib.

