Rusiya Prezidenti Vladimir Putin narkotiklərin mediada və internetdə təbliğinin qadağan edilməsi, habelə ədəbiyyat və kinoda adının hallanması şərtləri haqqında Qanunu imzalayıb.
“Den.az” TASS-a istinadən xəbər verir ki, sənədlə narkotik vasitələrin hazırlanması, istehsalı və istifadəsi, habelə alınması üsulları, metodları barədə məlumatların yayılması qadağandır.
Eyni zamanda, qanunda vurğulanır ki, bu cür məlumatlar bədii fikrin bir hissəsini təşkil edirsə, bu normalar ədəbiyyat və sənət əsərlərinə tətbiq edilməyəcək. Bundan başqa, narkotik istifadəsinin yolverilməzliyi, cəlbediciliyi və ya zəruriliyi, istifadəsinin hər hansı bir üstünlüyü barədə məlumat olmamalıdır.
Təbliğat norması narkotik vasitələrin tibbi məqsədlər üçün istifadəsi barədə məlumatları ehtiva edən ixtisaslaşdırılmış tibbi və əczaçılıq nəşrlərinə şamil edilməyəcək. Eyni zamanda, dərmanlar haqqında məlumatlar yalnız elmi və təhsil fəaliyyətinin həyata keçirilməsi üçün lazım olan məqsəd və həcmdə olmalıdır.
Qanun 1 sentyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.
Putin narkotiklərin təbliğinə qarşı olan Qanunu imzaladı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.