19 
yan
2024
18:32
178

Quba polisi valideyn himayəsindən məhrum olmuş məktəblilərlə görüşüb

19 yan, 2024
18:32
178

Quba polisi valideyn himayəsindən məhrum olmuş məktəblilərlə görüşüb

 Den.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun  valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbiri keçirilib.


 “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı  Gürel Məmmədov  narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. O, son aylarda Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb. Çıxışının sonunda isə G.Məmmədov gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.


Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar