Nyu-York meri Erik Adamsın qondarma “erməni soyqırımı” ifadəsini işlətməməsi ermənilərə əməlli-başlı təsir edib.
Den.az xəbər verir ki, Amerikada yaşayan ermənilər Nyu-York merini Türkiyə ilə əməkdaşlıqda ittiham etməyə başlayıblar və ona qarşı “hücum” kampaniyasına start veriblər.
Ermənilərin saxta iddialarına görə, Adams Türkiyədən rüşvət aldığı üçün qondarma “soyqırımı” ifadəsini işlətməyib.
İttihamlara baxmayaraq Erik Adams istefa vermək fikrində olmadığını və günahsızlığını məhkəmədə sübut etməyə hazırlaşdığını bildirib.
“The New York Times” qəzetinin yazdığına görə, dairə prokuroru 2021-ci ildə təkrar seçki kampaniyası üçün vəsait toplayarkən Adamsın qeyri-qanuni yolla ianə, o cümlədən Türkiyə hökumət rəsmilərindən pul aldığını iddia edib.
Mer özü isə bildirir ki, onun seçki kampaniyası ciddi şəkildə Amerika qanunlarına uyğun həyata keçirilib.
Günəş fərəh
Den.az
Nyu-York merinin bu hərəkəti erməniləri qəzəbləndirdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.