Myanmanın mərkəzində 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 694-ə çatıb.
“Den.az” xəbər verir ki, bu barədə AFP yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Zəlzələ nəticəsində yaralananların sayı isə 1670 nəfərdir.
***
Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1000 nəfərə çatıb. Yaralı sayının isə 2400 nəfər olduğu bildirilir.
Qeyd edək ki, yeraltı təkanlar ötən gün yerli vaxtla saat 12:50-də baş verib.
7,7 maqnitudalı zəlzələ ölkənin mərkəzi hissəsində olub və bütün ərazisində, həmçinin qonşu ölkələrdə dağıntılara səbəb olub. Zəlzələ nəticəsində Taylandda ən azı 10 nəfərin öldüyü bildirilir.




