ABŞ-da prezidentliyə namizəd Donald Trampa üçüncü sui-qəsdin qarşısı alınıb.
Den.az xəbər verir ki, bu barədə Riversayd dairəsinin polis rəisi Çad Biankoeski açıqlama verib. Bildirilib ki, polis Trampın Coachella vadisində seçki mitinqinin keçiriləcəyi ərazidən yarım kilometr aralıda nəzarət məntəqəsində saxlanılan avtomobilə baxış keçirib. Baxış zamanı mitinqə saxta giriş kartı, qanunsuz yolla əldə edilmiş ov tüfəngi, tapança ələ keçirilib. Çad Biankoeski qeyd edib ki, Vem Miller adlı şübhəlinin sağçı anti-hökumət təşkilatının üzvü olduğu və Trampı öldürməyi planlaşdırdığı güman edilir.
Trampa üçüncü sui-qəsdin qarşısı alındı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.