“ABŞ Ukraynadakı münaqişənin sona çatmasına töhfə vermək iqtidarındadır”.
Den.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Trampın xarici siyasəti və Ukrayna münaqişəsinin həlli ilə bağlı hər hansı nəticə çıxarmaq hələ tezdir. Çünki yeni seçilmiş prezident Oval kabinetə daxil olanda onun bəyanatları fərqli çalar ala bilər.
“Biz dəfələrlə demişik ki, Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin sona çatmasına töhfə verə bilər. Əlbəttə ki, bunu bir gecədə etmək mümkün deyil. Lakin bir neçə ay ərzində bu, tamamilə mümkündür. Bunun üçün Vaşinqton münaqişəni qızışdırmağı dayandırmalıdır. Biz bu istiqamətdə hansı addımların atılacağını yanvardan sonra görəcəyik”, – deyə Peskov vurğulayıb.
Günəş Fərəh
Den.az
"Bir neçə aya müharibə bitə bilər" - Peskov
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.