Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya - Ukrayna müharibəsində həlak olan hərbçilərinin sayının 80 mindən xeyli az olduğunu açıqlayıb.
“Den.az” xəbər verir ki, o, bu barədə “Kyodo News”a müsahibəsində danışıb.
“Kimsə bu yaxınlarda, deyəsən, Amerika mətbuatında məlumat vermişdi ki, 80 min ukraynalı ölüb. Amma sizə demək istəyirəm ki, yox, daha azdır, xeyli azdır”.
Zelenskinin sözlərinə görə, söhbət məhz hərbçilərdən gedir. Çünki işğal olunmuş ərazilərdəki itkilərin miqyası hələlik dəqiq deyil.
Onun sözlərinə görə, ümumi itkilər siyahısına mülki əhali, həm hərbçilər, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları və yerli hakimiyyət nümayəndələri daxildir.
“Onların neçəsi ölüb, neçəsi itkin düşüb, neçəsi əsirlikdə zülm görüb bilmirəm. Buna görə mən yalnız ərazimizdə, nəzarətimizdə olan ərazidə qeydə alınmış hərbi itkilərdən danışıram”, - ölkə başçısı deyib.
Zelenski Ukraynanın itkilərini açıqladı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.