Bayden ölkəni müharibəyə sürükləmədən ABŞ-ın dünyadakı mövqeyini gücləndirdiyini açıqlayıb və buna görə özü ilə qürur duyduğunu deyib.
Den.az xəbər verir ki, o, ABŞ-ın qlobal liderlik yarışında öz mövqeyini qoruyub saxladığını və gücləndirdiyini bildirib.
“Amerika xalqına deyə bilərəm ki, bizim milli gücümüz dörd il əvvəl vəzifəyə gəldiyim vaxtdan daha çoxdur. Bizim müttəfiqlərimiz daha güclü, rəqiblərimiz və düşmənlərimiz isə zəifdir. Amerika həmişəkindən daha güclüdür. ABŞ diplomatiya, hərbi güc, texnologiya və iqtisadiyyatda öz mövqelərini möhkəmləndirib. Vaşinqtonun müttəfiqlərinin sayı artıb, ölkənin müdafiə sənayesinə qoyulan investisiyalar son onilliklərin ən böyük sərmayəsinə çevrilib. ABŞ dünyanın ən dinamik iqtisadiyyatını qurmaqla yanaşı, süni intellekt sahəsində liderə çevrilib. Bütün bunlara yeni hərbi münaqişələrə qarışmadan nail olmuşuq”, – deyə Bayden vurğulayıb.
Günəş Fərəh
Den.az
"Bizim müttəfiqlərimiz daha güclü, rəqiblərimiz və düşmənlərimiz isə zəifdir" - Bayden

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.