Gəncədə 15 yaşlı yeniyetmə yaşayış binasının beşinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Denmedia.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.
Belə ki, 2011-ci il təvəllüdlü Ömər Rzayev binanın beşinci mərtəbəsindən yıxılıb.
Ağır xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

