Azərbaycan boksçusu Gülər Hüseynova Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında uğurlu çıxış edərək yarımfinala yüksəlib.
51 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşündə rəqibini məğlub edib.
Bu qələbə ilə Gülər Hüseynova ən azı bürünc medalı təmin edib.
Boks yarışlarının final görüşləri noyabrın 12-də keçiriləcək və mükafatçıların yekun siyahısı müəyyənləşəcək.

