Noyabrın 11-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz saatlarından etibarən yarımadanın ayrı-ayrı ərazilərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5–7, gündüz 11–14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 70–80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2–6, gündüz 12–17 dərəcə isti olacaq.
Dağlarda gecə 3–8, yüksək dağlıq ərazilərdə isə 10–15 dərəcə şaxta gözlənilir. Gündüz temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

