Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 91 əcnəbini ölkədən deportasiya ediblər. Onların arasında Azərbaycan vətəndaşları da var.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkədən çıxarılanlar arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var.
Deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Nazirliyin məlumatına görə, 2026-cı ilin əvvəlindən indiyədək Gürcüstandan 3700-dən çox xarici ölkə vətəndaşı deportasiya edilib.

