ABŞ və İran nüvə proqramı ilə bağlı ilkin razılaşma əldə edə bilərlər.
“Al Arabiya” telekanalı mənbələrinə istinadən xəbər verir ki, tərəflər arasında müzakirə olunan şərtlər sırasında uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması və İranın 6–9 milyard dollar dəyərində dondurulmuş aktivlərinin azad edilməsi yer alır.
Mənbələrin məlumatına görə, Vaşinqton İran ərazisində uranın 3,67 faizədək zənginləşdirilməsinə razılıq verib. Tehranın da bu şərti qəbul etdiyi bildirilir.
Bununla yanaşı, ABŞ İranın artıq 60 faizədək zənginləşdirdiyi uranın zənginləşdirilmə səviyyəsinin aşağı salınmasını tələb edir.
Məsələnin həlli üçün tərəflər prosesə üçüncü ölkənin cəlb olunması imkanlarını da müzakirə edirlər.

