Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən üçtərəfli danışıqlardan ilk görüntülər yayılıb.
Görüş mətbuat nümayəndələrinin iştirakı olmadan, qapalı formatda keçirilir.
Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov başçılıq edir.
ABŞ-ni danışıqlarda Prezident Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edirlər.
Görüşdə Avropa ölkələrinin nümayəndələri iştirak etmirlər.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında əvvəlki üçtərəfli görüş fevralın 18-də Cenevrədə baş tutub.

