“Kızılcık Şerbeti” serialının aktyor heyətinə qatılan türkiyəli aktrisa Özge Borak keçmiş evlilikləri və şəxsi həyatında baş verən dəyişikliklərlə bağlı diqqətçəkən açıqlamalar verib.
Gökhan Çınarın proqramına qonaq olan aktrisa keçmiş həyat yoldaşı Ata Demirerlə bağlı sözlərinin yanlış başa düşüldüyünü bildirib.
Borak daha əvvəl səsləndirdiyi fikirlərin “Xətrinə dəyməsin deyə evləndim” başlığı ilə təqdim olunmasına etiraz edib.
“Bu cür sözləri kontekstdən çıxarmaq bizim ən böyük problemimizdir”, – deyə aktrisa vurğulayıb.
Keçmiş evlilikləri haqqında danışmaq istəmədiyini bildirən Borak bunları söyləyib:
“Danışmaq istəsəydim, münasibət bitəndə danışardım. Amma mən həmişə bu mövzuların müzakirə olunmamasının tərəfdarı olmuşam. O vaxt danışmamışam, indi niyə danışım?”
Aktrisa Bülent Şakrakla evli olduğu dövrdə öz ehtiyaclarını ikinci plana atdığını və daxilində böyük qəzəb hiss etdiyini də etiraf edib.

Zamanla dəyişdiyini və şəxsi sərhədlərini müəyyənləşdirməyi öyrəndiyini deyən Borak hazırda daha sakit həyat sürdüyünü bildirib.
“Artıq sərhədlərimi düzgün müəyyənləşdirmişəm. Güzgüyə baxıb özümə ‘Səni alnından öpürəm, Özge’ deyirəm”, – deyə o əlavə edib.
Borak ayrıldığı şəxslərlə dost münasibətlərini davam etdirməyə üstünlük vermədiyini də qeyd edib.
Aktrisa həmçinin pandemiya dövründə Kiprdə psixologiya üzrə təhsil almağa başladığını, gələcəkdə isə klinik psixologiya sahəsində magistratura təhsili almağı planlaşdırdığını açıqlayıb.

