ABŞ-da qəribə hadisə baş verib.
Den.az xarici mediaya istinadla xəbər verir ki, 38 yaşlı Kelli Kozyra adlı qadın kokain istifadəsi səbəbindən həyatının ən böyük sarsıntısını yaşayıb.
Narkotik aludəçisi olan Kozyra dostları ilə bir ziyafətdə kokain istifadə etdikdən sonra sağlamlığında ciddi problemlər hiss edib. Üç ay davam edən narkotik istifadəsindən sonra burun dəliklərindən qan axmağa başlayıb. Əvvəlcə buna əhəmiyyət verməyən qadın sonradan üzündə böyük bir boşluq olduğunu görüb.
Kokain istifadəsi nəticəsində burnu tamamilə sıradan çıxan qadın bu problemə görə 15 əməliyyat keçirməli olub. Narkotik bağımlılığı səbəbindən Kozyra yemək yeməyi və yatmağı da dayandırıb, nəticədə işini itirib.
Kelli Kozyra başına gələnləri belə təsvir edib:
"Çox istifadə etdiyimi düşünmürdüm, amma nəticəsi fəlakət oldu. Üç ay davamlı istifadə etdikdən sonra burnumdan qan gəlməyə başladı və dəri parçaları qopmağa başladı. Çənəmin də getdikcə pisləşdiyini hiss edirdim, amma öz-özünə sağalacağını düşündüm. Axırda burun çəpərim tamamilə dağıldı. Üzümün kənarında böyük bir deşik yarandı" .
Müalicəsi üçün 80 min dollar xərcləyən qadın artıq narkotikdən uzaq durmağa çalışır.Milli.az
Narkotik aludəçisi qadının burnu qopdu - "Çənəmin də getdikcə..." - FOTOlar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.