İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya və terrorçulara dəstək şübhəsi ilə başladılan istintaq çərçivəsində məhkəmə daha üç vəzifəli şəxsin həbsi barədə qərar verib.
Den.az “Haber Global”a istinadən xəbər verir ki, onlar Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlar İnstitutunun direktoru Mehmet Əli Çalışkan və İstanbul Böyükşəhər Bələdəiyyəsinin baş katibinin müavini Mahir Polatdır.
Adı çəkilən şəxslər silahlı terror təşkilatına yardımda ittiham edilirlər.
Qeyd edək ki, daha əvvəl Ə.İmamoğlu həbs olunub. Onunla yanaşı, daha 18 nəfər - Əli İlbak, Adəm Tuncay, Əhməd Köksal, Əli Nuhoğlu, Əyyub Subaşı, Kamil Timur Dəlibaş, Murat Abbas, Mete Sarıaltun, Alpər Aydın, Serdal Taşkın, Sərkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Əhməd Çiçək, Yusuf İlbak, Sərvət Yıldırım, Serdar Haydanlı və Buğra Gökçə haqqında həbs qərarı çıxarılıb.
İmamoğlu işində həbslər davam edir: Daha üç vəzifəli şəxs...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.