İstanbulda tanınmış jurnalist İsmail Saymaz saxlanılıb.
“Den.az” “Hürriyet”ə istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun həyata keçirdiyi əməliyyat çərçivəsində saxlanılan jurnalist “Gezi Parkı” hadisələrində iştirakda ittiham olunur.
İddiaya görə, İ. Saymaz həmin hadisələrlə bağlı şübhəlilərlə əlaqədə olub, aksiyalarda fəal rol oynayıb, sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayaraq vətəndaşları hüquq-mühafizə orqanlarına qarşı qoyub.
İstintaqla İ.Saymazın “Gezi Parkı” işi üzrə ömürlük həbs cəzasına məhkum edilmiş Osman Kavalanın internet saytının hazırlanmasında və etirazı yaymaq üçün təşkil etməyi planlaşdırdığı televiziya kanalının yaradılmasında rolu olan şəxslərlə söhbətləşdiyi müəyyən edilib. Həmçinin jurnalistin müttəhimlər Mehmet Osman Kavala, Şerafettin Can Atalay, Çiğdem Mater Utku və Ayşe Mücella Yapıcı ilə yaxın təmasda olduğu, hadisələrlə bağlı sosial şəbəkələrdə çoxlu paylaşımlar etdiyi, hadisələrdə fəal rol aldığı və sosial mediada vətəndaşları həqiqətə zidd olmayan məlumatları yaymağa sövq etməyə çalışdığı bəlli olub.
İ.Saymaz “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhdə yardım etmək” ittihamı ilə saxlanılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat zamanı İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da daxil olmaqla 79 şübhəli saxlanılıb. Onların arasında Beylikdüzü bələdiyyə sədri Murat Çalık, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və müğənni Ercan Saatçi də var.
İstanbulda tanınmış jurnalist də saxlanıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.