ABŞ-da yaşayan Aleks Batler cəmi 7 yaşında hazırladığı “Taco vs. Burrito” adlı stolüstü kart oyunu ilə 15 yaşında milyonçu olub.
Denmedia.az xəbər verir ki, “New York Post”-un məlumatına görə, Aleks bu oyunu valideynləri ilə oynadığı oyunlardan ilham alaraq yaradıb.
Anası əvvəlcə bu ideyanı ciddi qəbul etməsə də, oğlu prototipi hazırlayıb sınaqdan keçirdikdən sonra ailə kampaniya vasitəsilə 25 min dollar toplayaraq “Hot Taco Inc.” adlı şirkət təsis edib. Təsis olunduqdan sonra bir il ərzində 1,5 milyon qutu oyun satılıb.
“Amazon”-un ən çox satılan oyun siyahısına daxil olan “Taco vs. Burrito” Aleksə 1,1 milyon dollar qazandırıb. Bu yaxınlarda oyunu məşhur “PlayMonster” şirkəti satın alıb.
Satış qiyməti açıqlanmasa da, Aleks artıq rəsmi milyonçudur. “Mən oyuna bağlı deyildim. Sadəcə mümkün qədər çox pul qazanmaq istəyirdim”, - deyə o bildirib.
Hazırda 15 yaşı olan Aleksin növbəti arzusu “Lamborghini” almaqdır.Publika.az

