Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili şəxsi “Facebook” səhifəsində bildirib ki, onun nə evi, nə də pulu qalıb. Buna baxmayaraq, o özünü çox uğurlu insan hesab edir.
“Siz yaxşı bilirsiniz ki, demək olar, heç bir pulum yoxdur. Yenidən qurduğum Gürcüstanda mənim bircə otaqlı evim belə yoxdur. Hazırda azadlıqdan məhrumam, amma siz və sizin sahibləriniz yaxşı bilirsiniz ki, mən çox uğurlu bir insanam, siz isə tam uğursuzsunuz. Bu dünyada çox insan məni tanıyır və hörmət edir, siz isə milyardlarınıza baxmayaraq heç kimsiniz,” – deyə Saakaşvili bildirib.
Siyasətçi əlavə edib ki, hakimiyyət onun “sevdiyi üzüm bağını” və 70 kvadratmetrlik evini də müsadirə etmək niyyətindədir.
DenMedia.az xatırladır ki, bundan əvvəl Gürcüstan məhkəməsi Saakaşvili və onun sabiq mühafizə rəisinin dövlət vəsaitlərini qanunsuz xərclədiyi üçün onlardan 3 milyon dollardan (təxminən 250 milyon rubl) artıq məbləğin tutulmasına dair qərar çıxarmışdı.