Fransada kütləvi etirazlara hazırlıq görülür. Daxili işlər naziri Bryuno Retayo-nun sözlərinə görə, ölkə üzrə 250 etiraz aksiyasının təhlükəsizliyini təmin etmək üçün 76 min polis və jandarm səfərbər olunacaq. DenMedia.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
“Bu artıq üçüncü gündür ki, ölkə üzrə qüvvələrimiz nümayişlərə və etirazlara nəzarət edəcək. Ümumilikdə təxminən 250 yürüş planlaşdırılıb. Biz 18 sentyabrla müqayisədə bir qədər az qüvvə cəlb etmişik, lakin yenə də onların sayı 76 min nəfərdir, onlardan 5 mini Parisdə olacaq”, — deyə nazir bildirib.
Nazir əlavə edib ki, bəzi aksiyalarda radikal elementlərin iştirak edəcəyi gözlənilir, lakin hüquq-mühafizə orqanları zorakılığa əl atmadan fikrini ifadə etmək istəyən hər kəs üçün dinc şərait yaratmağa hazırdır.