Kuba sahillərində Panama bayrağı altında üzən “Halima” konteyner gəmisinin qəzaya uğraması nəticəsində bir nəfər həyatını itirib.
Denmedia.az “Cubavision” telekanalına istinadən xəbər verir ki, Kuba Dəniz Administrasiyasının məlumatına görə, ekipajın 12 üzvü xilas edilib, üç dənizçinin axtarışları isə davam etdirilir. Gəminin göyərtəsində ümumilikdə 16 nəfər olub.
Hadisə noyabrın 26-da səhər saatlarında Havanadan qərbdə yerləşən Artemisa əyalətinin Kabanyas körfəzindən təxminən üç dəniz mili şimalda baş verib.
“Sidra Line” şirkətinin istismar etdiyi gəminin qəza zamanı 208 konteyner daşıdığı bildirilir.
Qəzanın başvermə səbəblərini və şəraitini araşdırmaq məqsədilə idarələrarası hökumət komissiyası yaradılıb. Komissiya gəmi sahibləri ilə birgə axtarış-xilasetmə əməliyyatını da əlaqələndirəcək.

