DenMedia.az xəbər verir ki, Avropa Şurasının baş katibi Alen Berse RBC-Ukraynaya müsahibəsində bildirib ki, Rusiyaya qarşı yaradılması planlaşdırılan “tribunal”ın işə salınması prosesi çətinliklərlə müşayiət olunur.
Onun sözlərinə görə, bu mexanizmin həyata keçirilməsi yalnız üzv dövlətlərin geniş dəstəyi və real iştirakı ilə mümkündür, buna görə də hələlik konkret tarixdən danışmaq tezdir.
Berse əlavə edib ki, maliyyələşmə də hələ ayrılmayıb:
“Bu məsələ bizim əlimizdə deyil. Biz arqumentlərimizi təqdim edirik, üzv və qeyri-üzv dövlətləri bizə qoşulmağa çağırırıq. Dövlətlər bu istiqamətdə fəal addım atdıqda, büdcə ayrıldıqda və genişləndirilmiş paylı saziş ratifikasiya edildikdə, bu prosesi başlatmaq mümkün olacaq.”