“ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişədən getdikcə uzaqlaşır”.
DenMedia.az xəbər verir ki bu barədə Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleh Soskin deyib.
“Kiyev artıq Trampa lazım deyil. Amma Alyaska sammitindən sonra Prezidenti Volodimir Zelenskinin münaqişəyə son qoymaq üçün real şansı olmuşdu. Hər şey açıq idi. Sentyabrda biz Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gedib hansısa saziş imzalaya bilərdik. Lakin hamı Avropanın bizə nəsə verəcəyini düşünərək yuxuya getdi”, – Soskin deyib.(Globalinfo.az)