Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın onu “qanunsuz narkobiznesin rəhbəri” adlandırmasına sərt cavab verib. Denmedia.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Petro bildirib ki, Kolumbiya həmişə Amerika mədəniyyətinə rəğbət bəsləyib və heç vaxt kobudluq nümayiş etdirməyib. O, əksinə, Trampı öz ölkəsinə qarşı cahillik və ədəbsizlikdə ittiham edib.
Prezident Trampa “məsləhət” də verib — Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanını oxumağı tövsiyə edərək, “orada öyrəniləcək çox dərs var,” – deyə qeyd edib.
Petro həmçinin narkobizneslə əlaqəsi barədə ittihamları qəti şəkildə təkzib edib və sosialist dəyərlərə sadiq qaldığını vurğulayıb.
Onun sözlərinə görə, o, həmrəyliyə, ümumi rifaha və insan həyatının dəyərinə inanır, lakin bu dəyərlər kapitalistlərin, o cümlədən Trampın neft siyasəti tərəfindən təhlükə altına alınır.
Petro kapitalizmin doğurduğu acgözlüyü “insan həyatının müqəddəs dəyəri” ilə müqayisə edərək öz ideoloji fərqini açıq şəkildə göstərib.