ABŞ prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanese ilə görüş zamanı bildirib ki, artıq Ukraynanın qələbəsinə inanmır. Denmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Jurnalistin “Ukraynanın qalib gələcəyinə inanırsınızmı?” sualına cavab verən Tramp, öz əvvəlki fikrini təkzib edib.
“Onlar [nəzəri cəhətdən] hələ də qazana bilərlər. Amma mən elə düşünmürəm. Lakin [teorik olaraq] bu, mümkündür,” – deyə ABŞ lideri qeyd edib.
Xatırladaq ki, bir ay əvvəl Tramp Ukrayna ordusunun 1991-ci ilin sərhədlərinə qədər irəliləyə biləcəyini, lakin bunun üçün Aİ-dən ciddi hərbi yardımın vacib olduğunu bildirmişdi.