Türkiyə parlamenti ölkə ordusunun İraq və Suriyada sərhədyanı əməliyyatlar aparmaq səlahiyyətini daha üç il müddətinə uzadıb, həmçinin BMT-nin Livandakı missiyasında iştirak mandatını iki il müddətinə yeniləyib.
Denmedia.az xəbər verir ki, müvafiq qətnamələri prezident Rəcəb Tayyib Ərdoğan parlamentə təqdim edib.
Livandakı BMT missiyasına dair qərar parlamentdə bütün siyasi qüvvələr tərəfindən yekdilliklə dəstəklənib.
İraq və Suriya əməliyyatları ilə bağlı mandatın uzadılmasına isə dörd parlament partiyası səs verib, müxalif Xalq Respublika Partiyası və kürd yönümlü Demokratik Partiya isə əleyhinə çıxıb.