Britaniya müharibə bitdikdən və sülh müqaviləsi imzalandıqdan sonra Ukrayna üzərində səmada patrul missiyası üçün "Tayfun" qırıcılarını yerləşdirə bilər.
Den.az xəbər verir ki, bunu Britaniya hökuməti və Kral Hərbi Hava Qüvvələrindəki məlumatlı mənbələr bildirib.
Onların sözlərinə görə, London Ukrayna üçün “hava polisi”nin yaradılmasını müzakirə edir.
Mənbələrdən biri deyib ki, təyyarələr Ukrayna səmasında gecə-gündüz patrulluq etməli olacaqlar.
Ehtimal edilir ki, “polis missiyası”nda Polşada yerləşdirilməsi planlaşdırılan, “dişinə qədər silahlanmış” və həmişə uçuşa hazır olan döyüş təyyarələri iştirak edəcək.
"The Times" qeyd edir ki, belə bir qərar Ukrayna üçün təhlükəsizlik təminatlarının bir hissəsi ola bilər və həmçinin daha kiçik qoşun kontingentinə yerdə sülh sazişlərinə əməl olunmasına nəzarət etməyə imkan verə bilər. Belə olan halda Böyük Britaniya xeyli sayda təyyarə və hava hücumundan müdafiə sistemlərindən istifadə etməli olacaq.
"Bizə deyilən hər şeyi etməyə hazırıq", - deyə Kral Hərbi Hava Qüvvələrindəki mənbə bildirib.
Günəş Fərəh
Den.az
Bu ölkə Ukrayna səmasına "Tayfun" qırıcılarını yerləşdirə bilər

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.