Gürcüstan 28–30 oktyabr tarixlərində Yerevanda keçiriləcək “Avronest” Parlament Assambleyasının 12-ci plenar iclasında iştirakdan imtina edib.
DenMedia.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin rəhbəri Levan Maxaşvili açıqlama verib.
Onun sözlərinə görə, qərar “bəzi Avropa Parlamenti üzvlərinin düşmənçi ritorikası və Tbilisidəki etirazlara dəstəyi”, eləcə də “hakimiyyətin devrilməsini və demokratik institutların sarsıdılmasını dəstəkləmiş şəxslərin sessiyaya dəvət olunması” ilə bağlıdır.

