Rusiya Prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarına xidməti itləri təlim etdirərkən narkotik və psixotrop maddələrdən istifadə etməyə icazə verən qanunu imzalayıb.
DenMedia.az gazeta.ru-a istinadən xəbər veriri ki, müvafiq sənəd hüquqi aktların rəsmi dərc portalında yerləşdirilib.
“Xidməti itlərin narkotiklərin qanunsuz dövriyyəsi sahəsində cinayətlərin açılmasında daha səmərəli istifadəsi məqsədilə təlim və məşq zamanı təbii narkotiklərin istifadəsi məqsədəuyğundur,” — qanunda qeyd edilir.
Qanuna əsasən, əvvəllər axtarış itlərinin təlimində narkotik maddələrin imitatorlarından istifadə edilirdi. Bu üsul bəzi heyvanların real qadağan olunmuş maddələri aşkar etməkdə çətinlik çəkməsinə səbəb olurdu.
İndi sənədə əsasən, narkotiklərdən təlim məqsədilə gömrük, FSB, DİN və cəza-icra sistemi əməkdaşları istifadə edə biləcək. Onlara həmçinin bu maddələri lisenziyasız saxlamaq və daşımaq icazəsi də verilib.
Yeni qaydalar rəsmi dərc olunduğu tarixdən 180 gün sonra qüvvəyə minəcək.

