Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı Suriyaya dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı hesabat dərc edib.
Den.az xəbər verir ki, Suriyada yaşayış və səhiyyə ocaqlarının üçdə birinə ziyan dəyib. İqtisadiyyatın həcmi 2011-ci ildən iki dəfə, ölkənin ümumi daxili məhsulu 800 milyard dollar azalıb. Suriya funtu 13 ildə dollar qarşısında dəyərini 270 dəfə itirib. İnflyasiya 141 faizə çatıb.
Suriyada vətəndaş müharibəsindən əvvəl yoxsulluq səviyyəsi 33 faiz idisə, müharibə zamanı üç dəfə artaraq 90 faizə çatıb. Hazırda hər 10 suriyalıdan 9-u yoxsulluq içində yaşayır. Hər 4 suriyalıdan 1-i işsizdir. Bu gün Suriyada 5,7 milyon insanın sığınacaq dəstəyinə ehtiyacı var. 14 milyon insan təmiz su və gigiyena çatışmazlığından əziyyət çəkir.
Ölkədə mövcud iqtisadi artım tempi illik 1,3 faiz olaraq müəyyən edilsə də, bu temp davam edərsə, müharibədən əvvəlki iqtisadi səviyyəyə çatmaq üçün 55 il lazım ola bilər.
Suriyanın 10 ildən sonra əvvəlki vəziyyətinə qayıtması üçün illik artım 10 dəfə artırılmalıdır.
Günəş Fərəh
Den.az
Suriyaya bunun üçün 50 il vaxt lazımdır - BMT

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.