ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyaya səfər edib — məqsəd ölkə prezidenti Li Con Myonla görüşmək və 350 milyard dollarlıq ticarət sazişi üzrə danışıqları bərpa etməkdir. DenMedia.az xəbər verir ki, barədə The Guardian məlumat yayıb. Lakin müzakirələrin irəliləməsi ehtimalı zəif qiymətləndirilir. Razılaşma Seulun ABŞ iqtisadiyyatına birbaşa maliyyə yatırımlarından imtinası səbəbilə dalana dirənib. Koreya tərəfi borc və zəmanət mexanizmləri təklif etsə də, Vaşinqton bunu kafi hesab etmir. Bu səbəbdən Cənubi Koreya hələ də avtomobil idxalına tətbiq edilən 25%-lik gömrük rüsumu ilə üzləşir, bu isə Hyundai və Kia kimi brendləri yapon və avropalı rəqiblər qarşısında geridə qoyur. “Əgər viza sistemi yaxşılaşdırılmasa, ABŞ-da yerli zavodların yaradılması şirkətlərimiz üçün ya çox çətin, ya da mənasız olacaq,” — deyə Li Con Myon bildirib. Trampın Cənubi Koreyaya səfəri onun Yaponiyadakı uğurlu danışıqları ilə kəskin ziddiyyət təşkil edir, çünki Tokio 550 milyard dollarlıq investisiya öhdəliyini artıq yerinə yetirib. Liderlər, həmçinin, müdafiə xərclərinin bölüşdürülməsi və Şimali Koreyanın nüvə potensiallı qanadlı raket sınağı barədə müzakirələr aparacaqlar.
Tramp Seulda: avtomobil rüsumları və raket sükutu arasında “soyuq” səfər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

