ABŞ Prezidenti Donald Tramp üçüncü müddətə yenidən seçilmə perspektivini real hesab etmir.
“Güman edirəm, mənə üçüncü müddətə getməyə icazə verməyəcəklər. Tamamilə aydındır ki, mənə yenidən prezidentliyə namizəd olmağa icazə verilməyəcək,” — deyə Tramp Cənubi Koreyaya uçarkən təyyarədə jurnalistlərə bildirib.
Bununla belə, o, amerikalıların onun siyasətinə göstərdiyi dəstəyin yüksək səviyyədə olduğuna inandığını vurğulayıb.
ABŞ Konstitusiyasının 22-ci düzəlişi prezidentlik müddətini iki dövrə məhdudlaşdırır — eyni şəxs bu vəzifəni ardıcıl və ya fasilə ilə olsa belə, iki dəfədən artıq tuta bilməz.

