Karib hövzəsində baş verən “Melissa” qasırğası nəticəsində 40-dan çox insan həlak olub.
DenMedia.az xəbər verir ki, bu barədə The Washington Post məlumat verib.
Qasırğanın qurbanları arasında Yamayka, Dominikan Respublikası və Haiti sakinləri də var.
Nəşrin məlumatına görə, ölənlərin sayı arta bilər, çünki bu ölkələrdə dağıntılar altında qalanların axtarışı hələ də davam edir.
Mütəxəssislər bildiriblər ki, qasırğanın episentrində küləyin sürəti 82 m/s-ə çatıb. Hazırda “Melissa” Atlantik okeanının dərinliklərinə doğru hərəkət edir, lakin onun gücü artıq azalıb.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                