DenMedia.az Bloomberg-ə istinadla xəbər verir ki, Sudan Silahlı Qüvvələrinin komandanlığı ABŞ-ın Sürətli Reaksiya Qüvvələri (SRQ) ilə atəşkəs təşəbbüsünü rədd edib. Hərbçilər bu qrupla toqquşmaları 2023-cü ilin aprelindən davam etdirir.
“Hərbi Şura ABŞ administrasiyasının münaqişəni dayandırmaq səylərinə minnətdarlıq bildirir. Şura xalqı silahlı qüvvələri dəstəkləməyə və düşmən SRQ milislərini məhv etməyə, bu qiyama son qoymağa səfərbər etmək qərarına gəlib”, — deyə ordunun bəyanatında vurğulanır.

