Kostroma vilayətinin qubernatoru Sergey Sitnikov bildirib ki, Ukrayna pilotsuz uçuş aparatları bölgəyə hücum edib. Onun sözlərinə görə, Kostromadan təxminən 40 kilometr aralıda yerləşən Volqoreçensk şəhərində operativ xidmətlər enerji infrastrukturu obyektlərinə hücumun nəticələrini aradan qaldırmaqla məşğuldur.
Sitnikov qeyd edib ki, regionda elektrik təchizatı pozulmayıb, xəsarət alan yoxdur.
Telegram kanalı Astranın yerli sakinlərin şəkillərinə və ifadələrinə istinadən verdiyi məlumata görə, hücumun hədəfi Kostroma İES (İstilik Elektrik Stansiyası) ola bilər. Bu müəssisə Rusiyanın ən böyük istilik elektrik stansiyalarından biridir. “İnter RAO” şirkətinin saytında göstərilir ki, stansiya ölkə üzrə quraşdırılmış gücə görə üçüncü yerdədir və ümumi elektrik enerjisi istehsalının təxminən 1,5 faizini təmin edir.

